ABŞ-ın 8 nəfərdən ibarət yeni yaradılmış “Comet” şirkəti suda batmayan unikal smartfon təqdim edib.
Aktual.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumatına görə, “Comet” adlanan qurğu “IPx7” sertifikasiyadan istifadə sayəsində sukeçirməzdir.
Smartfon 1 QHs takt tezlikli səkkiznüvəli "Snapdragon 810” prosessor, 4 Gb tutumlu operativ yaddaş, 16 meqapikselli əsas və ön kameralar, 128 Gb tutumlu yaddaş kartı, 1280 х 720 piksel təsvir ölçülü 4,7 düymlü ekran və 2800 milliamper/saat tutumlu akkumulyator ilə təchiz edilib.
“Android 5.1.1” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun ölçüləri 137.5 х 67.7 х 7.9 millimetr, çəkisi 120 qram təşkil edir. Smartfonda həmçinin müasir “Qlock” məlumat şifrləmə sistemindən istifadə olunub.
“Comet” hazırda “Indiegogo” platforması əsasında vəsait toplamaqla məşğuldur. Mütəxəssislər layihənin inkişafına 1 milyon dollar toplamağı planlaşdırırlar. Kampaniyanın sona çatmasına 35 gün qalıb.
Aktual.az