"TESLA" və "SpaceX" şirkətlərinin yaradıcısı İlon Mask (Elon Musk) sürücüsüz idarə olunan avtomobil yaradılması probleminin artıq öz həllini tapdığını söyləyib.
Aktual.az avtosfer.az-a istinadən bildirir ki, E.Mask bildirib ki, 3 ildən sonra əksər avtomobillər sürücüsüz hərəkət edəcək: "Mən pilotsuz avtomobil problemini, əsasən, həll olunmuş sayıram".
Amerikalı dahinin fikrincə, 2 ildən sonra avtomobillərin sürücüyə ehtiyacı qalmayacaq. Daha 1 il isə tənzimləyici sənədlərin qəbulu üçün lazımdır.
E.Mask 2025-ci ilə qədər insanların Marsa uçacağına dair proqnozunu da təkrarlayıb.