Yaponiyada planetin ən yaşlı sakini - 112 yaşlı Yasutaro Koide ölüb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə mərhumun müalicə aldığı Naqoya şəhər xəstəxanasından məlumat veriblər.
Ölümün səbəbi xroniki ürək çatışmazlığı olub.
Qeyd edək ki, Y.Koide 1903-cü il martın 13-də Fukui prefekturasının Tsuruqa şəhərində anadan olub. O, Naqoyaya 107 yaşında ikən köçüb. Demək olar, olümünə qədər onun sağlamlığıyla əlaqədar heç bir ciddi problemi olmayıb və o, eynəksiz oxumağı bacarıb.