Dünyanın ən xoşbəxt və bədbəxt ölkəsinin adı açıqlanıb.
Aktual.az "Modern.az"-a istinadən xəbər verir ki, "Bloomberg” agentliyinin tərtib etdiyi xoşbəxt ölkələr siyahısında inflasiya və işsizliyin səviyyəsi əsas meyar kimi götürülüb.
Sinqapurda inflasiya son illər kəskin azalaraq 1,4%-ə, işsizlərin sayı isə 1,9%-ə düşüb. Buna görə də Sinqapur dünyanın ən xoşbəxt ölkəsi elan olunub.
Dünyanın ən bədbəxt ölkəsi isə inflasiyanın sürətlə artmaqda olduğu Venesueladır.