Dünyada 2017-ci ildə xoşbəxtlik səviyyəsi son 10 ildə ən aşağı səviyyədə olub.
"Report" RBK-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın "Gallup" İnstitutunun sorğusunun nəticələri göstərir.
Araşdırma stress və narahatlıq hisslərini ifadə edən insanların sayının artmaqda olduğunu təsdiqləyib.
Tədqiqatçılar əhalisi xoşbəxt olmayan ölkələr sırasında ilk yerə müxtəlif qruplaşmalara arasında baş verən döyüşlər nəticəsində onminlərlə insanın ev-eşiyini tərk etməyə məcbur olduğu Mərkəzi Afrika Respublikasını layiq görüblər.
Bu baxımdan ikinci sırada əhalisinin 59% xoşbəxt olmayan İraq qərarlaşıb. Siyahıda Cənubi Sudan (55%), Misir (47%) və İran (45%) da var.
Müsbət emosiyalar üzrə liderlər isə Latın Amerikası ölkələridir. Belə ki, əhalisi ən xoşbəxt olan ölkələrin sıralamasında ilk üç yeri Paraqvay (85%), Kolumbiya və Salvador (hər ikisi 82%) tutub.
Qeyd edək ki, Azərbaycanda aparılan sorğunun nəticələrinə əsasən, əhalinin yalnız 19%-i özünü xoşbəxt hiss etmədiyini bildirib. Ölkəmizdə hər 10 respondentdən 4-ü xoşbəxt olub-olmadığı barədə sualı cavablandırmaqda çətinlik çəkib.
Ümumilikdə, sosioloqlar dünyanın 147 ölkəsində yetkin insanlardan bir gün əvvəl müsbət emosiyalarla yaşayıb-yaşamadıqlarını soruşublar. Sorğuda toplam 145 mindən çox insan dindirilib.