Dünyanın ən varlı adamlarının reytinq siyahısında dəyişiklik olub

Dünyanın ən varlı adamlarının reytinq siyahısında dəyişiklik olub

 İspaniyalı sahibkar, "Zara" mağazalar şəbəkəsinin qurucusu Amansio Orteqa "Microsoft"un qurucusu Bill Qeytsi keçərək palanetin ən varlı adamı olub.

"Forbes" jurnalının araşdırmasına əsasən müəyyən edilib.

Məlumata görə, onun var-dövləti 79,7 milyard dollardır. Xəbərə görə, son sutkada ispan iş adamının varidatı 5,2 faiz, yaxud 3,9 milyard dollar artıb.

Bill Qeyts oktyabrın 23-də 78,1 milyard dollarlıq var-dövləti ilə "Forbes"in reytinq siyahısında ikinci yeri tutub. Son sutkada onun varidatı isə 0,7 faiz və ya 572 milyon dollar artıb.

Qeyd edək ki, "Bloomberg" ("Bloomberg Billioners Index") agentliyinin reytinq siyahısına görə, Amansio Orteqa 75,7 milyard dollarlıq var-dövləti ilə ikinci yerdədir. Bu siyahıda isə Bill Qeyts 83,8 milyard dollarlıq varidatı ilə birincidir.\report

Aktual.az

Xəbər 740 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR