ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Geyts ötən il olduğu kimi, bu il də dünyanın ən varlı adamı adına sahib çıxıb.
Aktual.az lent.az-a istinadən bildirir ki, "Forbes" jurnalının reytinqinə əsasən, B.Geytsin sərvəti 75 milyard dollardır. Lakin "Microsoft" şirkətinin gəliri bu il 4 milyard dollar az olub.
İkinci yerdə "Orteqo Inditex" şirkətinin rəhbəri Amansio Orteqa (67 milyard dollar), 3-cü yerdə isə "Berkshire Hathaway" şirkətinin başçısı Uorren Baffet (60,8 milyard dollar) qərarlaşıb.
Siyahıda dördüncü və beşinci yerləri müvafiq olaraq iş adamı Karlos Slim (50 milyard dollar) və Amazon.com-un baş direktoru Cozef Besos (45,2 milyard dollar) tuturlar.
"Facebook"un təsisçisi Mark Zukerberq 16-cı yerdən 6-cı yerə yüksəlib. Onun sərvəti bir il ərzində 11,2 mlrd. dollar artaraq 44,6 mlrd. dollar təşkil edib.
İlk onluqda "Oracle" şirkətinin təsisçisi Larri Ellison və "Bloomberg" agentliyinin sahibi Maykl Blumberqin də adı var.