Dünyanın ən ucaboy futbolçusu İngiltərə klubu ilə müqavilə bağlayıb

Dünyanın ən ucaboy futbolçusu İngiltərə klubu ilə müqavilə bağlayıb
  • İDMAN

 İngiltərənin VI Divizionunda çıxış edən "Dalviç Hemlet" klubu danimarkalı qapıçı Simon Yorgensenlə müqavilə bağlayıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı qolkiper dünyanın ən ucaboy oyunçusu sayılır. Yorgensenin boyu 210 santimetrdir. O, yeni komandasına azad agent kimi keçib.
Qeyd edək ki, Simon Yorgensen "Kopenhagen"in yetirməsi olsa da, əsas komandaya yüksələ bilməyib. 2010-2017-ci illərdə o, Danimarkanın müxtəlif klublarında çıxış edib və daha sonra İngiltərəyə yollanıb. O, əvvəlcə "Akkrinqton Stenli", daha sonra yarımhəvəskar "Uaythouk" komandalarının formasını geyinib. 
Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR