Dünyanın ən təhlükəli massajları – bıçaq, şillə və fillər… – FOTOLAR

Dünyanın ən təhlükəli massajları – bıçaq, şillə və fillər… – FOTOLAR

Əgər hesab edirsinizsə ki, massaj yalnız ənənəvi olur, yanılırsınız. Dünyanın müxtəlif ölkələrində çoxsaylı massaj növləri var. Bunlar arasında ən qəribə, hətta qorxulu massajlar da var.

A24.Az həmin massajları təqdim edir:

İlbizlərlə massaj

Bədəninizdə ilbizin gəzməsi xoşunuza gələrmi?

Amma bunu bəyənənlər var.

İlbizlərlə massaj sifətinin yaxşı görünməsinin qeydinə qalanlar arasında çox yayılıb. Afrika ilbizləri pasiyentin üzündə gəzərək nəinki onu massaj edir, eləcə də ölmüş hüceyrələri dişləyib qorapmaqla sifəti təmizləyirlər. İlbizin «gəzintisi»ndən sonra sifətdə qalan maye isə əla bərpaedicidir.

Şillə ilə massaj

Əgər sizi şapalaqlayırlarsa, heç də həmişə qaçmaq lazım deyil – bəzən bu çox faydalı ola bilər.

Bəli, dünyada şillə ilə massaj da var. Amma bui şlə məşğul olanlar çox deyil.

Dünyada şillənin köməyi ilə massaj xidməti göstərmək üçün cəmi 10 şirkətin lisenziyası var. Onlardan 8-i Tailandda, 2-si isə San-Fransiskodakı çinli məhəllələrindədir. Şillə ilə massaj çox nadir kosmetik prosedurdur və sifəti qırışlardan, eləcə də, qocalığın digər əlamətlərindən təmizləyir. Şillə vurmaq texnikası təqribən 100 il əvvəl Tailandda yaradılıb və belə getsə, insanların şilləyə neqativ münasibətini dəyişə bilər.

Yağ bıçağı ilə massaj

Bu çox qorxulu səslənən massaj növü olsa da, o qədər də pis deyil.

Yağ bıçağı ilə massaj şillə ilə massajdan daha təhlükəlidir. 2000 il əvvəl Çində yaradılan bu massaj hazırda Tayvanda geniş yayılıb. Massaj seansında 10 böyük bıçaqdan istifadə olunur. Bu masaaj məhz bıçağın tiyəsi ilə edilir. Hesab olunur ki, bu yolla bədəndəki mənfi enerji və zərərli toksidlər çıxarılır.

Lələklərlə massaj

Bu təhlükəli olmasa da, çox qıdıqlayıcı massaj növüdür.

Massajın bu növünün yaradıcısı ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis İzabel Ayresdir. Başqa masaajlar kimi, lələklərlə massajlar da yarıqaranlıq otaqda insanı rahatlaşdıran sikit musiqi altında aparılır. Fərq yalnız ondadır ki, burada massaj üçün lələklərdən və barmaqlardan istifadə edilir. Massaj zamanı müştərinin bədəninə lələklər və barmaqların yalnız ucu toxunur. Bu massajın yarım saatı 25 avroya başa gəlir.

İlan massajı

Bu  əsl ektremallar üçün massajdır.

İlanlarla massaj proseduru Filippindəki «Sibu» zooparkında aparılır və pulsuzdur. Massaj zamanı adamın bədəninə 4 iri Birma pitonu buraxılır. Hər birinin çəkisi 60 kiloqram olan ilanlar pasiyentin bədəninin üzərində 10 dəqiqə sürünürlər. İlanların özlərini aqressiv aparmaması və müştərini yemək fikrinə düşməmələri üçün onları massajdan əvvəl yaxşıca yemləyirər – hər biri 10 toyuq udur.

Kaktusla massaj

Kaktus adını eşidəndə gözlərimizin önünə iti tikanlar gəlir, adamın bədəni gizildəyir.

Amma «tikanlı» adına baxmayaraq kaktus massajı tamamilə ağrısızdır. Bu massajda kaktusun Xakali adlı növündən istifadə edilir. Əvvəlcədən buradakı bütün tikanlar çıxarılır, kaktusun şirəsi isə dərini əla nəmləndirir. Nəmləndiric qarışıq hazırlamaq üçün kaktusun yumşaq qişası ayrılır və tekile şərabı ilə qarışdırılır. Müştərilər bu dəzzət üçün 250 dollar verməlidirlər.

Fillərlə massaj

Əsl təhlükəli massaj budur.

Əgər ilanla massajlarda pitonlar sizə dəyməyiblərsə, fillərin əlindən 100% qurtara bilməyəcəksiniz. Hətta adı belə, qeyri-adi səslənən fillərlə massaj Tailandda yayılıb. Tailand filləri massaj sənətinə öyrədilib. Cəmi bir neçə seansa fillər sizi belə nayihəsindəki bütün ağrılardan azad edəcək.

Fillər öz iri ayaqlarının yumşaq, amma inamlı hərəkətləri ilə sizi bir qədər ovacaqlar. Və siz dərhal həyat sevinci yaşayacaqsınız. Əvvəla ona görə ki, massaj seansından salamat çıxmısınız, yəni fil sizi tapdalayıb öldürməyib. Ümumiyyətlə, bu massaj təkcə beli ilə deyil, həm də başı ilə problemi olanlara aiiddir.

Facebook

Xəbər 4211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR