Dünyanın ən simic insanı haqqında — inanılmaz faktlar - FOTOLAR

Dünyanın ən simic insanı haqqında   — inanılmaz faktlar - FOTOLAR

Bəşər tarixinin ən simic insanı Heti Qrin sayılır. O, 1834-cü ildə anadan olub və 1916-cı ildə vəfat edib.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Heti Amerika və dünya tarixində ən bacarıqlı qadın biznesmendir. Yaşadığı dövrdə dünyanın ən varlı qadını olub. Ölümündən sonra qalmış şəxsi sərvəti 200 milyon dollar idi. İndiki pul ilə hesablasaq, bu 4.3 milyard dollar deməkdir.

Heti bəşər tarixində həm də ən simic insan kimi yadda qalıb. O, Ginnesin rekordlar kitabına da düşüb. Onun simicliyini təsdiq edən bəzi faktlar:

- Evdə qızdırıcı sistemi heç vaxt işlətməz, yalnız soyuq sudan istifadə edər, sabun işlətməz və ən ucuz nəqliyyatdan istifadə edərdi

- Həmişə eyni, qara don geyinərdi. Bu səbəbdən Hetiyə "Uolt-Strili küpəgirən" adı verilmişdi

- O, ən ucuz kafelərdə oturar, o dövr üçün ən ucuz qida sayılan 15 sentlik piroq sifariş edərdi

- Bir dəfə nəqliyyatda salıb itirdiyi 2 sentlik markanı gecə yarıyadək axtarmışdı

- Sınıq peçenyelər bütövə nisbətən ucuz satıldığı üçün mağazadan həmişə sınıq peçenyə alardı

- İti üçün pulsuz və ya ucuz sümük almaq üçün qəssab dükanında növbəyə durarmış

- Kiçik oğlu Ned ayağını sındıranda Heti onun müalicəsinə pul verməyə qıymadı. Bu səbəbdən kasıblar üçün pulsuz müalicə edən klinikalara üz tutdu. Amma müalicə gecikdiyi üçün həkimlər Nedin ayağını kəsmək məcburiyyətində qaldılar.

Hetinin ölümü də qəribə olub. Ev qulluqçusu ilə süd üstündə mübahisə edən simic qadın ürək tutmasından ölüb.

Xəbər 1037 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR