“Bloomberg” 2016-cı ilin ən sərfəli valyutasını açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iqtisadçıların hesablamasına görə, Zambiya kvaçası artım sürətinə görə digər dünya valyutalarını keçə bilib. İlin əvvəlindən Zambiyanın milli pul vahidi dollara nisbətdə 19,9% artıb. Müqayisə üçün bildirək ki, qızıl isə 16,3% bahalaşıb.
Qeyd etmək lazımdır ki, 2015-ci ildə Zambiya valyutası 42% düşüb və həmin ilin ən pis valyutası siyahısında üçlüyə daxil olub. Bu gün isə iqtisadçılar “sıçrayış” müşahidə edir və bunun daha bir neçə faiz artacağını proqnozlaşdırırlar.
Xəbər 602 dəfə oxunub.