Dünyanın ən yaşlı qadını Nquen Thi Çu 123 yaşında dünyasını dəyişib.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, o,Vyetnamın Hoşimin şəhərində yaşayırdı.
Nquen Thi Çu 11 övlad dünyaya gətirib. Hazırda onlardan 2-si sağdır. Nəvə, nəticə və kötükcələrinin sayı isə 100-ü ötüb. Bildirilir ki, Nquen Thi Çu son günlərinədək özünü gümrah hiss edib, yaşına xas olan xəstəliklərdən əziyyət çəkməyib, həkimlərə müraciət etməyib.