Dünyanın ən qeyri-adi restoranları – FOTO

Dünyanın ən qeyri-adi restoranları – FOTO

Aktual.az Axşam.az-a istinadən dünya ölkələrində yerləşən ən qeyri-adi restoranları təqdim edir:

1. Maldiv adalarında yerləşən İthaa restoranı - bu restoranın fərqli və möhtəşəm cəhəti dəniz sularının altında yerləşməsidir. Suyun altında şüşələrlə bağlı bu restoran turistləri öz yemək reseptləri ilə də razı salır. Ona görədə İthaa "The Daily Meal" tərəfindən dünyanın ən yaxşı restoranı seçilib.



2. Taylanda yerləşən Soneva Kiri restoranı - Ko Kut meşəsində ağacların başında quraşdırılan bu restoranlar bir quş yuvasını xatırladırlar.


3. Zanzibarda yerləşən Qaya restoranı - bu restoran Zanzibarın "Michamwi Pingwe" yarımadasındadır. Restoranın internet səhifəsində özləri haqqında bu cür yazılıb: "Heç bir qələm və fırça bu gözəlliyi çəkə bilməz, bunu ancaq ana təbiət yarada bilər”.



4. İsveçrədə yerləşən "Aescher-Wildkirchli” restoranı - 170 yaşında olan bu möhtəşəm dağ mənzərəli restoran ləziz yeməkləri ilə hər kəsi özünə heyran edir. 



5. Meksikada yerləşən "Alux” restoranı - Alux təbətin insanlara bəxş etdiyi bir möcüzədir. Onun özəl cəhəti yerin atında yerləşməsidir. Bu restoran turistlərin sevimli məkanları siyahısındadır.



Aktual.az
Xəbər 875 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR