Dəhşətli görüntülər: Ulduz rinqdə öldü, xəbərləri olmadı VİDEO

Dəhşətli görüntülər: Ulduz rinqdə öldü, xəbərləri olmadı      VİDEO

Boynunu sındıran restlinq ulduzu elə döyüş zamanı öldü. Rəqibləri isə xəbərsiz halda bir neçə dəqiqə də döüyşməyə davam etdilər.

Məşhur restlinq döyüşçüsü, 35 yaşlı Perro Aquayo rəqibinin zərbəsini düzgün dəf edə bilməyib. Milli.Az Lifenews-a istinadən bildirir ki,  tibb ekspertlərinin bildirdiklərinə görə, meksikalı idmançının boyun fəqərələri zədələnib və onun ölümünə səbəb olub.


Hadisə ötən cümə günü Meksikanın Tixuana şəhərində keçirilən şouda baş verib. f4wonline.com xəbər verir ki, iki restler komandası - Rey Misterio (Kiçik) - Ekstrim Tayger və Suisayd-Perro Aquayo (Kiçik) cütlüyü qarşılaşıb. 

 

Döyüş başlayandan bir neçə dəqiqə sonra Rey Misterio Perro Aquayoya qarşı bir neçə fənd işlədib, bundan sonra Perro kəndirlərin üstünə düşüb. Meksikalı ulduzun dəqiq nə zaman travma aldığı bəlli deyil. Həkimlər bildirirlər ki, onun ölümünə əsas səbəb kəndirlərin oynayaraq zədələnmiş fəqərələri tərpətməsi olub.


Ancaq ölüm anında nə Aquayonun partnyoru, nə də rəqibləri onun pozasının qeyri-təbiiliyinə diqqət yetiriblər və döyüş davam edib. Bir müddət sonra isə Perronun hərəkətsizliyi tamaşaçıların, nəhayətdə isə restlerlərin diqqətini cəlb edib. 

   

Huşsuz Perronu xərəkdə xəstəxanaya aparıblar. Oradan əvvəlcə ümidverici xəbər gəlib, sonra isə həkimlər Perronun öldüyünü bildiriblər. 


Xəbər 1087 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR