Dünyanın ən nüfuzlu xəbər agentliyi idmançımızdan yazdı

Dünyanın ən nüfuzlu xəbər agentliyi idmançımızdan yazdı
  • İDMAN

"Azərbaycan sübut etdi ki, taekvondo çempionları təkcə bu döyüş növünün vətənində yaşamır".

Aktual.az  axar.az-a istinadən bildirir ki, bu barədə "Röyter" agentliyi Rio Olimpiadasının nəticələri ilə bağlı hazırladığı materialında deyib.
 
"Cənubi Koreya 2 qızıl və 3 bürünc medalla taekvondodakı üstünlüyünü Riodakı oyunlarda da göstərdi. Bununla yanaşı, Azərbaycan, Böyük Britaniya və Afrika ölkələrindən olan idmançılar bu idman növünün öz vətənindən kənara yayıldığını nümayiş etdirdilər. Digər olimpiya döyüş sənətlərindəki rekordlara baxmayaraq, Azərbaycan idmançıları heç vaxt taekvondoda olimpiya medalı qazana bilməmişdilər. Lakin indi Radik İsayevin qızıl medalı ilə yanaşı, 2 bürünc də əldə etdilər", - agentlik yazısında qeyd edib.
 
Qeyd edək ki, Rio-2016 Olimpiadasında 80 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan taekvondoçusu Radik İsayev nigerli rəqibi Əbdülrəzaq İssufunu 6:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
 
Digər Azərbaycan taekvondoçuları Patimat Abakarova və Milad Beigi Harçeqani bürünc mükafata layiq görülüblər. 

Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR