Dünyanın ən kök qadını 230 kilo arıqlayıb

Dünyanın ən kök qadını 230 kilo arıqlayıb

Arıqlama prosesi 12 il çəkib.

Dünyanın ən kök qadını sayılan amerikalıKatrina Rayford 230 kiloqramm arıqlayaraq Ginnesin Rekordlar Kitabındakı çəki rekordçusu titulundan məhrum olub.

“Mən özümü daha inamlı hiss etməyə başlamışam. İndi mən qaça və həftədə 3-4 dəfə fitneslə məşğul ola bilirəm”, - Florida ştatının 38 yaşlı sakini bildirib.

Amerikalı qadın ona qulluq edilməsi üçün evinin bir hissəsinin sökülməsindən sonra arıqlamağa qərar verib. Rayfordun tənəffüs sistemi ilə bağlı problemləri var idi və həkimlər onun evinə xüsusi avadanlıq quraşdırmalı idilər. 

Bundan sonra Rayford meyvə və tərəvəzlərdən ibarət xüsusi pəhrizə oturub və idman etməyə başlayıb. Arıqlama prosesi 12 il çəkib.\oxuaz

Aktual.az

Xəbər 1676 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR