Yaponiya brendləri 2026-cı ilin ən etibarlı avtomobil brendləri reytinqində ilk yeddi yerdən altısını tutub.
Aktual.az xəbər verir ki, bu barədə "Consumer Reрorts” jurnalı məlumat yayıb.
Siyahıya "Toyota” başçılıq edir, ondan sonrakı yerləri ilə "Subaru” və "Leksus” markaları tutub.
Bildirilib ki, bu istehsalçılar mühafizəkar mühəndislik fəlsəfələri, və sübut olunmuş texnologiyalara etibar etmələri ilə məşhurdurlar.
"Toyota” avtomobilləri düzgün texniki xidmətlə 300 000 kilometrdən çox məsafə qət etmək üçün nəzərdə tutulub.
"Buna istehsalın bütün mərhələlərində ciddi keyfiyyətə nəzarət və potensial nasazlıq nöqtələrini azaldan sadələşdirilmiş güc ötürücüləri vasitəsilə nail olunur”, - Naked Science” jurnalı yazıb.
"Honda” və "Nissan” markaları da yaxşı nəticələr göstərərək Yaponiyanın davamlı və etibarlı avtomobil texnologiyası sahəsində liderliyini təsdiqləyib.
Avropa avtomobil istehsalçıları əsasən reytinqlərin ortasında yerləşiblər. Onların arasında ən yaxşısı siyahıda 5-ci olan və bir neçə yapon rəqibini üstələyən BMV-dir.
"Volksvagen”, "Audi”, "Mersedes-Benz” və "Volvo” şirkətləri 40-dan aşağı ballar alıblar.
"Tesla” əvvəlki illərlə müqayisədə əhəmiyyətli irəliləyiş göstərib və səkkiz pillə irəliləyərək doqquzuncu yerə yüksəlib.
Xəbər 65 dəfə oxunub.