İntihara meyilli, həşəratyeyən, özü üçün killer tutan biseksual Ancelina Coli
Məşhurların həyatından yazan araşdırmaçı Endryu Morton "An Unauthorised Biography” adlı kitabında aktrisa Ancelina Colinin keçmiş sevgi həyatını gün işığına çıxarır. Kitabda Ancelinanın məhəbbət macəraları və seks portnyorlarına yer verilib: "Ancelina Coli bəkarətini 14 yaşında itirdi. Uşaq vaxtı aktrisanı dayəsinin ümidinə buraxan anası cinsi münasibətlərində ona kömək etdi. Rahat sevişsinlər deyə, ana otağını qızı və sevgilisinə verdi. Lakin Ancelina atası Con Voytun məşuqəsinə o qədər nifrət edirdi ki, bir gün mineral su şüşəsində sidiyini soyutduqdan sonra qadına içirtdi.Leonardo Di Kaprio ilə 1998-ci ildə qısa sevgi münasibəti yaşadı.
Bir dəfə birlikdə duşa girən cütlük cinsi münasibətlərinin baş tutmayacağını başa düşmədiyi üçün Leonardodan ayrıldı.Ancelina Coli bundan sonra Etan Havke da Uma Türmanla qısamüddətli evlilik həyatı yaşadı. Aktrisanın cinsiyyət orqanının üstündə keçmiş həyat yoldaşı rejissor Bob Tornton üçün etdirdiyi döymə var. Aktrisa 13 ildir bir yerdə olduğu Bred Pitti əldə etməyə hələ onunla tanış olmamışdan əvvəl qərar vermişdi”.
"Star Trek” filmiylə əfsanəyə çevrilən Antoni Perkins aktrisanın uşaqlıq sevgilisidir. Uğurlu olmasa da Ancelinanın seks partnyorları arasında Conni Dipp və Villem Defo da var. Lakin bütün bu uğursuz münasibətlərə baxmayaraq, aktrisa Bred Pitti həyat yoldaşı Cenifer Anistondan ayrılmaq üçün bütün variantlara əl atdı. Övladlıq oğlu Maddoksdan istifadə etdi, sonda istədiyini bacardı”.
İşgəncədən həzz alan mazaxist
O, gözəllik ikonasıdır, əsl qadındır və zəriflər dünyasının ən gözəllərindən biridir. Bir çox kişinin xəyal dünyasını bəzəyən Ancelina kənardan dünyanın ən xoşbəxt qadını kimi görünür.Şübhəsiz ki, bu xoşbəxtlik donunu ona hədsiz gözəlliyi geyindirir.Milyonlarla dollar pulu, təyyarəsi, 6 uşağı var, dünyanın ən seksual kişilərindən biri onun həyat yoldaşıdır.Amma Ancelina Colinin həyatda Pittdən başqa dostu yoxdur. İki il əvvəl BMT-nin xoşməramlı səfiri kimi Pakistana səfəri zamanı CNN-ə müsahibəsində o acı həqiqətlərini etiraf etdi. Jurnalistin "İşinizin yaratdığı duyğusal problemləri necə həll edirsiniz?”, sualına aktrisanın cavabı belə idi:"Bu məsələdə danışa biləcəyim yeganə dostum var, o da həyat yoldaşım Bred Pittdir. O, hər səfərimlə bağlı ən xırda detalı belə məndən soruşur. Danışa biləcəyim çox dostum yoxdur, Bred danışdığım yeganə insandır”.
14 yaşında modellik həyatına addım atan Ancelina Coli hədsiz dərəcədə incə olması və eynək taxmasına görə lağa qoyulurdu.İlk modellik sınaqları da uğursuz oldu və özünə zərər verməyə başladı, bədənini bıçaqla kəsdi, bir neçə dəfə intihara əl atdı. Sonrakı illərdə CNN-ə müsahibəsində bunu etiraf etdi: "Bıçaq yığırdım və bədənimi kəsib özümə ağrı hiss etdirmək mənim üçün rituala çevrilmişdi. Bir növ bu, mənim üçün müalicə idi, çünki bu vaxt özümü yaşaya bilirdim, bəlkə də belə hiss edirdim”.
Qan və ölüm
14 yaşında məktəbdən qovulan Ancelina Coli tabutdaşıyan olmaq qərarını verdi. Qara geyindi, saçını bənövşəyi rəngə boyadı və sevgilisiylə yaşamağa başladı.Həmin vaxt atasıyla münasibətləri pozuldu. 2001-ci ildə Voyt soyadından imtina etdi və "Coli” adını rəsmiləşdirmək üçün sənəd hazırladı, bir il sonra soyadını dəyişdirdi. Ancelina Coli ilk evliliyini 1996-cıildə Conni Li Millerlə gerçəkləşdirdi. Toyunda qara və dəri şalvar, üstünə həyat yoldaşının adını qanıyla yazdığı ağ köynək geyindi. Colinin kino kariyerası 1997-ci ildə Karneliya Valles obrazını canlandırdığı və buna görə də "Emmi” mükafatına namizəd göstərilən "Corc Valles” filmiylə başladı. 1999-cu ildə "Pushing Tin” filmi çəkilərkən rejissor və aktyor Bill Bob Torntonla tanış oldu və evləndi. Cütlük biri-birinin qanını boyunlarından asdıqları medalyonda daşıyırdılar. Colidən həyat yoldaşının qanını niyə boynunda gəzdirdiyi soruşulanda belə cavab vermişdi: "Bir çox insan qızılın çox gözəl olduğunu düşünür. Amma mənə görə həyat yoldaşımın qanı dünyada ən dəyərli şeydir”.
Lakin aktrisanın adı 2005-ci ildə Bred Pitt və Cenifer Anistonun boşanmasına səbəb olması ittihamıyla qalmaqalda hallandı.Coli dəfələrlə bu ittihamları rədd etdi.Bir müsahibəsində "Evli bir kişiylə münasibət qurmağı bağışlamaram.Çünki atam anama xəyanət etdiyi üçün bunu doğru hesab etmirəm.Əgər belə bir addım atsaydım, güzgüdə özümə baxa bilməzdim.Həyat yoldaşına xəyanət edən kişilə maraqlanmıram”.Amma 2006-cı ildə Pittdən hamilə qaldığını etiraf etdi.Beləliklə, aktyorla aralarındakı münasibəti üzə çıxardı.
Dayəni masaj edərkən ələ keçən ər
Ancelina Coli 2013-cü ildə ağır xəstəliyə tutulduğuna görə döşlərini kəsdirdiyini açıqladı.İllərdir Ancelina Colinin kokain və heroindən istifadə etdiyi ittihamları irəli sürüldü.Heç kəs inanmadı, amma narkotik kuryeri Franklin Meyer çəkdiyi şəkillərlə aktrisanın yalanını üzə çıxardı.Fotoşəkillər Colinin 20 yaşlarına aid idi və burada o, narkotikdən istifadə edərkən görüntülənmişdi.2009-cu ildə ABŞ-da yayımlanan "Star Magazine” jurnalı Ancelina Colinin Bred Pitti yataq otağında əkizlərinin dayəsini masaj edərkən tutduğunu yazdı.Gördüklərindən əsəbiləşən aktrisa Pittə sillə vurdu və dayəni qovdu.Bred Pittin Ancelina Coliyə təzyiq etdiyi və buna görə də onun narkotikdən istifadə etdiyi iddia olunur.Uzun illərdir birlikdə olan, 3 övladlıq götürən və bioloji yolla daha 3 övlad sahibi olan cütlük 2014-cü ildə evlənib. Bred Pitt və Ancelina Coli toylarında çəkdirdikləri şəkilləri mediaya sərvət qarşılığında verdi. Şəkillər üçün cütlük jurnalistlərdən ümumilikdə 2 milyon dollar aldı.Qeyri-adi xarakterə malik olan aktrisa evlilik dönəmində də qəribə vərdişlərindən imtina etmədi, o, həşarat yeyir.Evləndikdən sonra tez-tez seks həyatları ilə gündəmə gələn cütlüyün yataq macəraları ən çox danışılan mövzu idi.Bir dəfə müsahibəsində Pitt Ancelina ilə seks münasibətini "ticarət sirri” adlandırdı.
Qadın fanatıyla seks
O, lisenziyalı pilotdur, peşəkar motosiklet sürücüsüdür, homoseksual (lezbiyan), bir çox iddialara görə isə biseksualdır, yataqda bıçaqla oynamağı sevən qeyri-adi qadındır. Özünə seçdiyi "Coli” ("Julie”) soyadı fransız dilində "gözəl” deməkdir.Atası anasına xəyanət etdiyi üçün ona nifrət edirdi və buna görə ata soyadından imtina etmişdi. Qucaqlanmağı xoşlamır və özünü qucaqlayanlara asanlıqla nifrət edir: "Kimsə məni qucaqlayanda keçirdiyim hisslərdən danışarkən nəfəsimi saxlayıram”. Hətta bir müsahibəsində anasının belə onu qucaqlamasına nifrət etdiyini demişdi.Sol qoluna Tennesse Viliyamsın "Vəhşi ürəkli olub qəfəsə salınanlar üçün dua” sözünü tatu etdirib.Qardaşı Ceyms Havenlə sevgi münasibəti yaşadığı iddia olunur.2000-ci ildə qala gecəsində qardaşıyla öpüşərkən kameraların obyektivinə tuş gəlmişdi.Özünü "qadın fanatıyla seks həyatı yaşayan məşhur” kimi tanıdan aktrisanın biseksual olduğu deyilir. Biseksual olduğunu özü də etiraf edən Ancelina "Foxfire” filmində birlikdə çəkildiyi aktrisa Cenni Şimizu ilə Millerlə evliliyindən əvvəl seks həyatı yaşadığını demişdi: "Millerlə evlənməsəydim, Cenni ilə evlənərdim. Bu qadına gördüyüm ilk saniyədə aşiq oldum”.Gənc yaşlarından depressiyaya meyilli olan ecazkar aktrisa özünü öldürməsi üçün 19 və 22 yaşlarında muzdlu qatil tutdu.Bıçaq kolleksiyası yığır.Kolleksiyasında döyüş baltası və Afrika mizrağı var, bu hobbisi ilə fəxr edir. O, həmçinin odlu silah kolleksiyasının da sahibidir və peşəkar atıcıdır.
Yataq vəhşisi
Özünü "yataq vəhşisi” adlandırır və seks tərəfdaşı ilə bıçaqla oynamağı xoşlayır: "Ətrafımda həmişə bıçaqlar var. İlk seks münasibətimdə də əlimdə bıçaq vardı və partnyorumla biri-birimizə hücum etmişdik. Bədənimizi çox ağrıtmadıq, amma həzz aldıq”.Uşaqlığından sürünənlərə böyük həvəs göstərən Ancelinanın çoxlu kərtənkələ və ilanları var. Favorit ilanının adı "Harri Din Stanton”, favorit kərtənkələsinin adı isə "Vladimir” idi.Ölüm və qanla bağlı çoxlu geyimləri, aksessuarları var. Bioloji uşaqlarının mediada yayımlanan şəkillərini böyük bir sərvətə satdı.2006-cı ildə dünyaya gələn qızı Şilonun doğumundan sonra çəkilən şəklini jurnalistlərə satışından 4.1 milyon dollar əldə etdi.Əkizlərdən isə qazandığı pul 11 milyon dollar idi.Dəfələrlə "Dünyanın ən seksi qadını” seçilən Ancelina Coli eyni zamanda dünyanın ən təsiredici adamları siyahısında yer alır.Tez-tez xeyiriyyə tədbirləri keçirən aktrisa BMT-nin xoşməramlı səfiridir.20-dən çox ölkəyə səfər edərək köməyə ehtiyacı olan insanlara əl uzadıb. 3 qitədə vətəndaşlığı var. Amerikada doğulan Ancelina Coli "Lara Croft: Tomb Raider” filminin çəkilişləri vaxtı Kambocada olarkən buranın insanlarını sevdiyini dedi. Kamboca üçün yardım kampaniyaları təşkil etdi, 2004-cü ildə buranın vətəndaşlığını aldı.Bundan əvvəl kambocalı bir oğlan uşağını övladlığa götürmüşdü.Bosniya-Hersoqovinadakı müharibədə zərər çəkən insanlara etdiyi yardıma görə, "Fəxri Avropa vətəndaşlığı” aldı.
Evdəki xaos
Bred Pitt 2011-ci ildə yayımlanan müsahibəsində "Uşaqlarımı nizamlı şəkildə döyürəm, hesab edirəm ki, bu işə yarayır və onları ac saxlayıram.Bir dəfə uşağa tərbiyə vermək üçün cəza stoluna əyləşdirdim, amma Paks inad edərək şalvarını islatdı”, demişdi.Ancelina Coli uşaqlarını müharibə bölgələrinə aparır və bunun övladlarının tərbiyəsi üçün faydalı olduğunu düşünür.Yəni, kənardan həyatları "cənnət nağılı" kimi görünsə də əslində evlərində bir xaos hökm sürür.Bred Pitt adi bir səhərin xaosla başladığını və bunun evdə işıqlar sönənədək davam etdiyini demişdi.Mətbəxdə uşaqlarına hazırlaya bildiyi yeganə yeməyin süd və qarğıdalı olduğunu deyən Ancelina Coli qidalanma problemini aradan qaldırmaq üçün aşbaz işə götürdüyünü də diqqətə çatdırıb.Cütlüyün uşaqları məktəbə getmirlər, təhsillərini evdə alırlar.Lakin uşaqların sosiallaşmasının vacib olduğunu müdafiə edən aktrisa onları məktəbə göndərməyi düşünür.
Mediada yayılan məlumata görə Bred Pitt və Ancelina Coli uşaqların tərbiyəsini tamamilə dayənin öhdəliyinə verib.Uşaqlarla maraqlanmadıqları da iddia edilir.Tez-tez səyahətdə olduqları üçün bu mümkün olmur.Amma Ancelina Coli və Bred Pitt evdə istirahət etməyin mümkün olmadığını, sakitliyə ehtiyaclarının olduğu üçün mehmanxanada qaldıqlarını dəfələrlə etiraf etmişdilər.Cütlüyün bir çox evi olmasına baxmayaraq, Ancelina Coli tez-tez mehmanxanada qalır.
Qardaşla intim münasibətlər
2016-cı ildə cütlük boşanmaq qərarını verib.Qərar hələ məhkəmə səviyyəsində təsdiqlənməsə də aktyor və aktrisanın bu qərarı haqda müxtəlif iddialar ortaya çıxdı.Son iddia isə digərilərinə oxşamır və bu daha ilginc səbəbdir.Belə ki, boşanmaya səbəbin Ancelinanın öz qardaşı ilə intim münasibətləri olduğu deyilir.Bred Pitt bacı və qardaş arasında sevgi münasibətlərindən xəbər tutduqdan sonra depressiyaya düşüb və uzun müddət onları izləyib, şübhələrinə əmin olduqdan sonra boşanmaq qərarını verib.Hələ 2000-ci ildə bacı və qardaşın öpüşməsi kameraların obyektivinə tuş gəlmişdi. 17 ildir davam edən söhbətlərə son qoyulmamış bir neçə il əvvəl Colinin qardaşı Ceyms Haven cütlüyün evinə köçüb. Növbəti sevişmə səhnəsi də burada baş tutub.Bred Pittin xəbərdarlığından sonra Ceyms evi tərk edib. //Cebhe.info
Aktual.az