Dünyanın ən balacaboy adamı öldü - FOTO

Dünyanın ən balacaboy adamı öldü -   FOTO
  • DÜNYA

Dünyanın ən balacaboy adamı Çandra Bahadur Danqi ağır xəstəlikdən sonra vəfat edib. 76 yaşlı nepallı pnevmoniyadan əziyyət çəkirdi.

Sirkdə işləyən Çandra Bahadur Danqi planetimizdə indiyə qədər yaşayan insanların arasında ən balacaboy adam kimi Ginnesin rekordlar kitabına düşmüşdü. Onun boyu 54,6 santimetr idi.

Keçən ilin noyabr ayında Londonda keçirilən Ginnesin dünya rekordları günü çərçivəsində Danqi planetin ən hündür adamı, 2,51 metr boyu olan Türkiyə vətəndaşı Sultan Kösen ilə tanış olmuşdu.

Xəbər 671 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR