Aktual.az FaktXəbər-ə istinadən xəbər verir ki, Mercer şirkətinin hazırladığı əcnəbilər üçün ən bahalı şəhərlərin sırasına görə, bu ilki siyahıda Honk Konq birinci olub.
Keçən ilki siyahıda siyahının əvvəlində yer alan Luanda bu il ikinci olub. Anqolanın paytaxtı Luanda bu il Honk Konqdan geridə qalıb.
Siyahıda Zürix 3-cü, Sinqapur 4-cü, Yaponiyanın paytaxtı Tokyo isə 5-ci sırada qərarlaşıb.
Əcnəbilər üçün ən bahalı şəhər olan Honk Konqda 3 otaqlı evin icarəsi 12 min 77dollar, kostyum-şalvarın qiyməti 128, bir fincan qəhvənin 7,8 və kotlet menyusunun qiyməti isə 4,8 dollar təşkil edib.