Böyük Britaniyanın "Rolls-Royce" şirkəti dünyanın ən bahalı avtomobilini təqdim edib.
Aktual.az report.az-a istinadən bildirir ki, şirkətin "Sweptail" yeni və yeganə modeli İtaliyada keçirilən "Villa" eleqantlıq müsabiqəsində nümayiş olunub.
Məlumata görə, "Sweptail" sırf əl işidir və 1930-cu illərin "Rolls-Royce" avtomobillərinin üslubuna xas dizayn edilib.
Yeni avtomobilin dəyəri 13 mln. dollardır. Bununla da, "Rolls-Royce Sweptail" dünyanın ən bahalı avtomobili hesab edilir.
Aktual.az
Xəbər 811 dəfə oxunub.