Dünyanın ən bahalı 9 şəhəri

Dünyanın ən bahalı 9 şəhəri

Hər il “The Economist Intelligence Unit” (EIU) dünyanın ən ucuz və ən bahalı şəhərləri haqqında 2 hesabat dərc edir.

Aktual.az  oxu.az-a istinadən xəbər verir ki, “Worldwide Cost of Living” başlıqlı birinci hesabatda yemək, yanacaq xərcləri və əməkhaqları kimi faktorlar nəzərdən keçirilir.

ABŞ dollarının gücü və başqa ölkələrdə valyuta devalvasiyalarına görə, builki reytinqdə bir neçə ciddi dəyişiklik olmuşdur.

Beləliklə də dünyanın doqquz ən bahalı şəhərinin siyahısı.

9.  Seul, Cənubi Koreya 

Cənubi Koreyanın paytaxtı ictimai xidmətlərin və geyim xərclərinin baha olmasına görə siyahıda yüksəlir. EIU-nun hesabatlarına görə, Seul yaşayış xərclərinə görə Kopenhagen və Los-Ancelesə bərabərdir.

8. Kopenhagen, Danimarka

Şəhər əməkhaqlarının yüksək olmasına baxmayaraq, yüksək yaşayış xərclərinə görə builki siyahıda yerini qoruyur.

7. Nyu-York şəhəri, Amerika

EIU hesabatında bildirir ki, dolların güclənməsi və lokal inflyasiyalar Nyu-York şəhərinin digər şəhərlərə nisbətdə daha da bahalaşmasına səbəb olur. Buna misal olaraq bir kiloqram çörək üçün ortalama qiymət 8,26 dollardır. Bu şəhərin 2 qat daha bahalısı 1-ci sıradadır.

6. London, Böyük Britaniya

Londonda əməkhaqlarının artımı sabitdir və artan əmlak qiymətləri və inflyasiyalar ilə ayaqlaşmır. Londonda ortalama gəlir 30000 funt olmasına baxmayaraq, bir mülk üçün ortalama qiymət 500000 funtdan çoxdur.

5. Paris, Fransa

Avroya etimadın zəif olmasına görə, Paris top 10-luqdakı avrozonaya daxil olan yeganə şəhərdir. Aşağı valyutaya baxmayaraq, Paris hələ də yaşamaq üçün son dərəcə bahalı şəhərdir və yalnız alkoqol və siqaret qiymətləri digər məhsullarla müqayisədə daha münasibdir.

4. Cenevrə, İsveçrə

Cenevrədə demək olar hər şey bahadı. Xüsusilə, istirahət və əyləncə mərkəzlərinin qiymətləri dünyada ən yüksək qiymətlərdəndir.

3. Honkonq 

Honkonq yüksək yaşayış xərcləri və ictimai xidmətlərin baha olmasına görə pillədə son 1 il ərzində 7 pillə yüksəlmişdir.

2. Sürix, İsveçrə 

Bu qədər baha olmasının səbəblərindən biri İsveçrə frankının avrodan ayrı hesablanmasıdır. Yüksək gəlir və digər bahalı xərclər bu şəhərin 2-ci yerə yüksəlməsinə səbəb olmuşdur.

1. Sinqapur.

Kiçik ada dövlət artıq 3 ildir ki dünyanın ən bahalı şəhəri ünvanını qoruyur. Digər şəhərlə müqayisədə Sinqapurda yaşayış xərcləri və ictimai xərclər daha yüksəkdir.

Xəbər 737 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR