Araşdırmaçı jurnalist Cessika Villiams dünyada baş verən prosesləri araşdıraraq, əldə etdiklərini "Dünyada dəyişməsi lazım olan 50 həqiqət" adını verdiyi kitabda toplayıb. Kitab olduqca maraqlıdır.
Aktual.az faktxəbər-ə istinadən bildirir ki, "50 həqiqət" adlandırılan uyğunsuzluqlar, səhv işlər və ya məsuliyyətsizliklərdən ibarətdir. İlk baxışda bir-biri ilə uyğun olmaya bilər. Amma hər biri dünyanın təməlinin üzərinə bir ağır çəkic kimi enir.
Yox olmağa doğru sürətlə irəliləyirik. Öz inkişafımız üçün ətrafımızda fırlandığımız halda, dünyanın necə fırlandığını yaddan çıxarmışıq.
1- Bir yapon qadını orta hesabla 84 il, Cənubi Afrika Respublikası olan Botsvanalı qadın isə sadəcə 39 il yaşayır.
2- Dünyadakı kök əhalinin 1/3-i inkişaf etməkdə olan ölkələrdə yaşayır.
3- ABŞ və İngiltərə inkişaf etmiş ölkələr arasında ən yüksək erkən hamiləlik faizinə sahibdir.
4- Çində 44.000.000 qadın itkin düşüb.
5- Braziliyadakı "Avon" qadınlarının ("Avon" kosmetika firmasının məhsullarını satan evdar xanımlar - red.) sayı əsgər sayından çoxdur. Ümumilikdə 1 milyon 100 min nəfər.
6- Dünyada 27.000.000 qul var.
7- İngiltərə super marketləri müştəriləri haqqında hökumətdən daha çox məlumata malikdir.
8- Avropa İttifaqında hər inək üçün verilən gündəlik 2.50 dollarlıq subsidiya, Afrika əhalisinin gündəlik dolanışığından daha çoxdur.
9- 70-dən artıq ölkədə eyni cinsdən olan iki insanın əlaqəsi qadağandır. Bunlardan 9-unda isə ölüm cəzası tətbiq olunur.
10- Dünya əhalisinin 1/5-i, gündəlik 1 dollardan da aşağı gəlirlə yaşayır.
11- Rusiyada ildə 12.000-dən artıq qadın ailədaxili münaqişədə dünyasını dəyişir.
12- Bir ildə 13.2 milyon amerikalı estetik əməliyyat etdirir.
13- Quruda basdırılan minalara görə saatda 1 insan ölür və şikəst qalır.
14- Hindistanda 44.000.000 uşaq işçi var.
15- Sənayeləşmiş ölkələrdə insanlar gündə 6-7 kq qatqı maddəsi yeyir.
16- Dünyanın ən çox qazanan idmançı - qolf ustası Tiger Vudz ildə 78.000.000 $, yəni saniyədə 148$ qazanır.
17- Amerikalı 7.000.000 qadın və 1.000.000 kişi yemə çatışmazlığından əziyyət çəkir.
18- 15 yaşındakı ingilislərin yarısı narkotikdən istifadə edir, 1/4-i isə siqaret çəkir.
19- Vaşinqtondakı lobbi sənayesində 67.000 nəfər, hər seçilmiş konqres üzvü üçün isə 125 nəfər işləyir.
20- Motorlu texnikalar dəqiqədə 2 insanı öldürür.
21- 1977-ci ildən bu yana ABŞ-dakı abort klinikalarında 80.000 şiddət və təcavüz halı baş verib.
22- Mc.Donaldsın qızıl kəmərini tanıyanların sayı, xristian tacını tanıyanlardan çoxdur.
23- Keniyada bir ailənin gəlirinin 1/3-i rüşvətə gedir.
24- Dünyadakı qeyri-qanuni narkotik bazarının həcmi 400.000.000.000 $-dır.
25- Amerikalıların 1/3-i yad planetlilərin gəldiyinə inanır.
26- 150-dən çox ölkədə işgəncə var.
27- Hər gün dünya əhalisinin təxminən 1/9-i, yəni 800.000.000 insan ac qalır.
28- Amerikalı qaradərililərin həbsə girmə ehtimalı 33 faizdir.
29- Dünyanın 1/3-i müharibə vəziyyətindədir.
30- Neft ehtiyatları 2040-cı ildə tükənəcək.
31- Siqaret çəkənlərin 82 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.
32- Dünya əhalisinin 70 faizi bu günə qədər heç vaxt keçmiş telefonlarda olan yığıcı diyircəyin səsini eşitməyib.
33- Silahlı münaqişələrin 1/4-i təbii sərvətləri ələ keçirmək üçün uğrunda gedir.
34- Afrikada 30.000.000 insan QİÇS-in qurbanıdır.
35- Hər il 10 dil ölür.
36- İntiharla ölənlərin sayı müharibələrdə ölənlərdən çoxdur.
37- ABŞ-da hər həftə orta hesabla 88 şagird sinfə silah gətirir.
38- Dünyada ən az 300.000 fikir (vicdan) məhbusu var.
39- Hər il 2.000.000 gənc qız və qadın sünnət edilir.
40- Silahlı toqquşmalarda 300.000 uşaq əsgər vuruşur.
41- İngiltərədə 2001-ci il seçkilərində 26.000.000 nəfər, "Pop Idol" mahnı yarışmasının ilk mövsümündə isə 32.000.000 nəfər səs verib.
42- Amerikalılar pornoqrafiyaya ildə 10.000.000 $ xərcləyirlər.
43- ABŞ-ın hərbə xərclədiyi pul, "quldur dövlət" elan etdiyi 7 ölkədən 33 dəfə daha çoxdur.
44- 2002-ci ildə həyata keçirən edamların 81-i ABŞ, Çin və İranın payına düşüb.
45- Amerikalılar zibilliyə saatda 250.000.000 plastik butulka atır. Yəni hər 3 həftədən bir Aya çatacaq uzunluqda plastik butulka istifadə edilir.
46- Adi bir ingilis gündə təxminən 300 dəfə kameraya tuş gəlir.
47- Hər il 120.000 qadın və ya gənc qız Qərbi Avropaya satılır.
48- Yeni Zelandiyadan İngiltərəyə təyyarə ilə gətirilən 1 kivi, atmosferə öz ağırlığının 5 dəfə artıq istixana qazı buraxır.
49- ABŞ-ın BMT-yə 1.000.000.000 $-dan çox borcu var.
50- Yoxsul ailə uşaqlarının psixoloji problem yaşamaq ehtimalı zəngin ailə uşaqlarına nisbətən 3 dəfə çoxdur.