Dünyanı ağladan fotoya görə 4 nəfər həbs olundu

Dünyanı ağladan fotoya görə 4 nəfər həbs olundu
  • DÜNYA

Suriyalı qaçan ailələrin mindiyi gəminin batmasına görə cinayət işi açılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aralarında 3 yaşlı Aylan Kurdinin də olduğu 12 nəfərin ölümünə səbəb olan faciə ilə bağlı Türkiyə polisi əməliyyata başlayıb. Əməliyyat nəticəsində 4 suriyalı şəxs həbs olunub.

Qeyd edək ki, Suriyadakı daxili müharibə və İŞİD qətliamı Aylan və ailəsinin Kobanidən Avropaya sığınmaq üçün yola çıxmağa məcbur edib. Gəminin qəzaya uğraması nəticəsində 3 yaşlı Aylan və ondan bir yaş böyük qardaşı Qalib dənizdə batıb. Hər iki qardaşın cəsədini dalğalar Türkiyənin Bodrum sahillərində quruya çıxarıb. Bütün dünya bu dəhşətli faciədən danışır.

/ Aktual.az

Xəbər 1220 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR