FAO-nun Şəkər Qiyməti İndeksi fevral ayından etibarən 5,4 faiz azalıb.
Aktual.az-ın xəbərinə görə, bu azalmaya səbəb istehsalın Hindistanda 2023-2024-cü illər üçün şəkər istehsalı proqnozundan daha yüksək olması və Taylandda məhsul yığımının sürətinin artması ilə əlaqədar olub. Bundan başqa, FAO-nun Düyü Qiymətləri İndeksi də 1,7 faiz azalıb.
Şəkər və düyü ilə müqayisədə dünyada digər məhsulların qiymətində artım müşahidə olunub. Belə ki, martda FAO-nun Bitki Yağı Qiymətləri İndeksi daha əvvəlki ayla müqayisədə 8 faiz artaraq ilin ən yüksək səviyyəsinə çatıb.
FAO-nun məlumatına görə, beynəlxalq miqyasda palma yağının qiymətləri aparıcı istehsalçı ölkələrdə mövsümi olaraq aşağı hasilat və Cənub-Şərqi Asiyada yüksək daxili tələblə əlaqədar artıb.
Braziliya və ABŞ-da bioyanacaq sektorunda isə soya yağına güclü tələbat yaranıb.
FAO-nun Süd Məhsullarının Qiymətləri İndeksi ardıcıl olaraq altıncı aydır ki, artıb. Belə ki, martda FAO-nun Süd Məhsullarının Qiymətləri İndeksi fevral ayına nisbətən 2,9 faiz artıb. Buna səbəb dünyada pendir və yağ qiymətlərinin artması olub.
FAO-nun Ət Qiyməti İndeksi artıb
Martda quş əti, donuz və iribuynuzlu ətlərin beynəlxalq qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz artıb.
Bunun əksinə, FAO Taxıl Qiyməti İndeksi 2,6 faiz azalaraq 2022-ci ilin mart ayından orta hesabla 20 faiz aşağı olub. Qlobal buğda ixracında qiymətlərin aşağı düşməsinə səbəb olaraq ixracla bağlı güclü rəqabətin olması göstərilib.
Bundan başqa, FAO-nun məlumatında qeyd olunur ki, ötən ay qarğıdalının ixrac qiyməti Ukraynadakı logistik çətinliklərlə əlaqədar qismən yüksəlib.
Xəbər 221 dəfə oxunub.