Dünyada sədəf xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

Dünyada sədəf xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb
  • DÜNYA

 Amerika və Kanadada 4,6, Afrika və Asiyada 0,4-0,7 faiz insan sədəf xəstəliyindən (dəmroy) əziyyət çəkir.

Aktual.az bu barədə "Report" a istinadən xəbər verir.

Türkiyədə isə bu xəstəliyin daşıyıcısı olan ən azı 1,5 milyon insan var. Həmin xəstələrdən təxminən 15 mini ağır sədəf xəstəsidir.

Xatırladaq ki, dəri xəstəlikləri arasında təhlükəli xəstəliklərdən hesab edilən sədəf xəstəliyi yoluxucu deyil. Xəstəlik dəridə, baş dərisində, dirsək və dizlərdə gümüş rəngli qabıqlamalar olaraq özünü göstərə bilər. Müalicə edilmədikdə gələcəkdə bədənə yayılmaqla iltihabi xəstəliyə yol aça bilər. Bu səbəbdən də xəstəliyin müalicəsinə laqeyd qalmamaq və stressdən uzaq durmaq lazımdır.

Aktual.az

Xəbər 629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR