Son 6 ayda dünyada qaçqınların və daxili mühacirlərin sayı 5 milyon nəfər çoxalıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, bu haqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlğının hesabatında bildirilib.
Hesabata əsasən, ilin sonunadək onların ümumi sayı 60 milyondan çox olacaq.
"2015-ci ilin birinci yarısında 5 milyon qaçqının 4,2 milyonu daxildə, 839 mini isə xaricə mühacirət edib. Bununla hesabat dövründə hər gün orta hesabla 4600 nəfər məcburi köçkün olub", - hesabatda vurğulanıb.
2014-cü ilin sonunda mühacirlərin ümumi sayı 59,5 milyon olub.
Bu ilin iyunun 30-na olan məlumata əsasən, 1,84 milyon nəfər olmaqla ən çox qaçqını Türkiyə qəbul edib. Ancaq hər min nəfərə 209 qaçqının düşməsi göstəricisi ilə dünyada Livan birinci yerdədir.