"Əgər biz dünyada olan problemləri nəzərə almasaq və qərarlar verməsək, heç bir nəticə əldə edə bilmərik".
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda sessiyada çıxışı zaman deyib.
N.Məmmədov bildirib ki, dünyada proseslər siyasi iddialarla idarə edilir: "Dünyada münaqişələrin həlli üçün müxtəlif yanaşmalar var".
N.Məmmədov qeyd edib ki ki, vaxtilə dünyada 10-a qədər münaqişə var idi, lakin bu gün münaqişələrin sayı 50-ni ötüb.
N.Məmmədov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç kəs beynəlxalq prinsipə istinad etmir.
N.Məmmədov bildirib ki, Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur: "Dağlıq Qarabağın ətrafında 7 rayon işğal altındadır, ancaq bu barədə heç kim danışmır. Beynəlxalq hüquqa əməl edilməlidir. Bu gün Dağlıq Qarabağ məsələsi barədə beynəlxalq hüquq prinsipinə riayət edilmir".