Noyabrın 16-da İsveçrənin Cenevrə şəhərində BMT-nin IV Biznes və İnsan Haqları Forumu öz işinə başlayıb
Birləşmiş Millətlər Təşkilatının IV Biznes və İnsan Haqları Forumunda iştirak edən hüquq müdafiəçiləri son vaxtlar dünyada baş verən prosesləri müzakirə edir, qlobal müstəvidə cərəyan edən hadisələr barədə fikir mübadiləsi aparırlar.
BMT-nin Cenevrə Forumunda Azərbaycanı təmsil edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov müzakirələrdə yaxından iştirak edir.
Əhməd Şahidov Azərbaycanda insan haqlarının vəziyyəti və fundamental azadlıqlar sahəsindəki vəziyyət barədə Forum iştirakçılarına məlumat verir.