Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, ilk yapışqan hələ daş dövründə neandertal insanlar tərəfindən yaradılıb. Onları əmək alətlərinin hazırlanmasında istifadə edirmişlər. Alimlərə bunu kəşf etməyə alətlə bir yerdə daşlaşmış qətranlı barmaq izləri kömək edib.
Yapışqanı əldə etmək üçün insanlar ağcaqayın ağacını odda yandırarmışlar. Yanma prosesi nəticəsində ağac yapışqanlı olurdu və ondan qətran hazırlanırdı. Beləcə alimlər sübut ediblər ki, qədim insan kifayət qədər ağıllı olub və ondan geniş istifadə edib.
Dağlaşmış barmaqla birlikdə ilk yapışqan Almaniyada Harts dağlarının yaxınlığıda tapılıb. Tapıntını araşdıranda sonra onun 80 min ildən çox yaşı olduğu müəyyən edilib.
İlk müasir tpli yapışqanlar istehsal edən müəssisə isə ilk dəfə Niderlandda 17-ci əsrin 90-cı illərində qurulub. Zavoddda yapışqanlar bitkilərdən hazırlanıb. Yapışqanın hazırlanmasından kauçukdan istifadə edilməsinə isə yalnız 20-ci əsrin 30-cu illərində başlanılıb.