Tədqiqatçılar məlumat veriblər ki, ABŞ sahillərində məşhur ingiltərəli səyyahı Ceyms Kukun ilk dəfə dünya səyahətinə çıxdığı "İndevor" gəmisini tapıblar.
Aktual.az faktxəbər.com-a istinadən bildirir ki, bundan əlavə, sahildə həmin dövrə aid olan daha 5 gəmi tapılıb.
Yerli KİV-lərin məlumatına görə, gəmi 1778-ci ildə Rod-Aylenddə ABŞ-ın müstəqilliyi üçün müharibə zamanı qəzaya uğrayıb.
O da məlumdur ki, "İndevor"un adı Kukun səyahətindən sonra dəyişdirilmiş və dəniz blokadası üçün sahilə göndərilmişdi.