Dünya Taekvondo Federasiyasının prezidenti: "Bakıda nələrin olacağı ilə bağlı böyük həyəcan var"

Dünya Taekvondo Federasiyasının prezidenti:

"Dünya çempionatının başlamasına bir həftə qalıb. Bakıda nələrin olacağı ilə bağlı böyük həyəcan var".
Aktual.az  xəbər verir ki, bunu Dünya Taekvondo Federasiyasının prezidenti Çu Çunq-Von Azərbaycanda təşkil olunacaq yarışla bağlı danışarkən deyib.
76 yaşlı funksioner mundialların Yay Olimpiya Oyunlarından sonra əsas turnirləri olduğunu bildirib: "Builki tədbir 50 illik yubileyimizə təsadüf etməsi ilə daha da özəlləşib. Bakıda 150-yə yaxın ölkənin idmançısı və qaçqınlar komandası mübarizə aparacaq. Bu, təkcə elit taekvondonun ən yaxşılarının çıxış etdiyi yarış deyil. Həm də idmanımızın qloballığını və inklüzivliyini nümayiş etdirən tədbir olacaq”.
Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək təşkil olunacaq.

Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR