Dünya sona doğru gedir, geri dönüş yoxdur – ŞOK PROQNOZ

Dünya sona doğru gedir, geri dönüş yoxdur   – ŞOK PROQNOZ
  • DÜNYA

Bu qənaətə Almaniya alimləri cənub qütbündə apardığı araşdırmalardan sonra gəliblər.

Aktual.az Avtosfer.az-a istinadən xəbər verir ki, on min il ərzində dünya okeanının səviyyəsi təxminən 3 metr yüksələcək. Bu qənaətə Almaniya alimləri cənub qütbündə apardığı araşdırmalardan sonra gəliblər. Alimlər Qərbi Antarktikadakı buz təbəqəsini araşdırıblar. Okean suyundakı istiliyin artması nəticəsində Qərbi Antarktidadakı buz təbəqəsinin də əriməyə başladığı müəyyənləşdirilib. Potsdam İqlim Araşdırmaları İnstitutundan Yohannes Feldman dəniz səviyyəsinin aşağı sürətlə yüksələcəyini, ancaq prosesin geri dönüşünün olmadığını deyib.

Araşdırmanın nəticələri ABŞ-nın tanınmış elmi jurnalı “Proceedings of the National Academy of Sciences of the United States of America”da dərc olunub.

Xəbər 3047 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR