Dünya nizamı pozulub, Bakı ilə sülh zəruridir

Dünya nizamı pozulub, Bakı ilə sülh zəruridir

Dünyada beynəlxalq və geosiyasi vəziyyət gərgin və qeyri-sabit olaraq qalır. Bölgəmizdə sabitliyin əsas amillərindən biri hesab edilən dünya nizamı əslində mövcud deyil. Yeni dünya nizamının necə olacağını heç kim bilmir. Yeni dünya düzəninin formalaşması prosesində Ermənistanın təsiri qeyri-müəyyən və qeyri-maddi, geosiyasi qeyri-sabitlikdən irəli gələn təhlükələr isə görünən və realdır.
Aktual.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Ukrayna hadisələri ilə bağlı regionumuza geosiyasi təsir azalıb, ənənəvi Şərq-Qərb formulları kifayət qədər effektli deyil. Ermənistanla həmsərhəd olan ölkələrin heç biri digəri ilə qarşıdurma münasibətlərində deyil. Hətta ən aktual məsələlərin həlli düsturu əməkdaşlıq siyasətidir ki, bu da maraqlar balansı hesabına daha səmərəli olur. Bu baxımdan, İran və Gürcüstanla münasibətlərimizin təbii şəkildə inkişaf etdiyini və bundan sonra da inkişaf etməli olduğunu nəzərə alsaq, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması zərurətdir”, - o bildirib.
Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR