Çinin paytaxtı Pekin dünya milyarderlərinin paytaxtı olub.
Aktual.az axar.az-a istinadən bildirir ki, bu barədə informasiya "Hurun" təşkilatının hesabatında yer alıb. Hesabata əsasən, Pekində keçən il milyarderlərin sayı 95-dən 100-ə qalxıb. Təşkilat həmçinin dünyada ən çox milyarderi olan ölkələr siyahısına Çin, ABŞ və Hindistanın rəhbərlik etdiyini bildirib.
Qeyd edək ki, hazırda dünyada sərvəti 1 milyard dolları aşan 2188 insan yaşayır. Onlardan 47-sinin yaşı 40-dan aşağıdır.