İlham Əliyevin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülməlidir.
Aktual.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko "Moskva-Bakı”ya müsahibəsində deyib.
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra əminəm ki, Prezident İham Əliyevin Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək obyektiv düşünən və dövrün tendensiyalarına cavab verən beynəlxalq təşkilatların və dünya liderlərinin əksəriyyətinin birgə təkliflə çıxış etməsinə səbəb olacaq. Bu, həqiqətən də layiqli Nobel mükafatı olacaq. Bu, Cənubi Qafqazda onilliklər ərzində davam edən qanlı, sarsıdıcı qarşıdurmanın sonunu ifadə etmiş olacaq”, - o vurğulayıb.
Xəbər 732 dəfə oxunub.