Dünya Çempionatı-2018-in ilk turunun oyunları davam edir.
Aktual.az Modern.az-a xəbər verir ki, bu gün daha 4 görüş keçiriləcək.
İlk olaraq meydana Fransa və Avtraliya milliləri çıxacaq. Mundialın favoritlərinin hesab olunan Didye Deşamın komandasının Avtraliya ilə oyunda qələbə şansı yüksək qiymətləndirilir.
Digər görüşdə Argentina İslandiya ilə üz-üzə gələcək. Son Avropa çempionatında sürpriz nəticə ilə yadda qalan avropalıların Lionel Messinin kapitanı olduğu komandya qarşı oyunu maraqla gözlənilir.
Peru- Danimarka matçı da maraqlı mübarizə vəd edir.
Günün son oyununda isə Xorvatiya Nigeriya ilə üz-üzə gələcək.
16 iyun
DÇ-2018
I tur
C qrupu.
14:00. Fransa – Avstraliya
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay)
Kazan, "Kazan Arena"
D qrupu
17:00. Argentina - İslandiya
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa)
Moskva, "Spartak" stadionu
C qrupu
20:00. Peru - Danimarka
Hakimlər: Bakari Qassama (Qambiya), Jan-Klod Birumuşahu (Burundi), Abdelhak Etçiali, Mehdi Abid Şaref (hər ikisi Əlcəzair)
"Saransk, "Mordoviya Arena"
D qrupu
23:00. Xorvatiya - Nigeriya
Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya)
Kalininqrad, "Kalininqrad" stadionu