Dünya dilləri haqqında İLGİNC FAKTLAR

Dünya dilləri haqqında   İLGİNC FAKTLAR

Dünyada nə qədər dilin olduğunu yəqin ki, bilirsiniz. Amma bəzi dillərin bilmədiyimiz növləri o qədər çoxdur ki... Hazırda 2400 dil təhlükədədir və son illərdə 200 dil, bu dildə danışanların ölümü ilə yoxa çıxıb. Filoloqlar 502 dilin kritik təhlükədə olduğunu müəyyən ediblər. Bu fikirlər, dillərin dünya mədəniyyətinə təsiri mübahisələrini də özü ilə gətirib.
 
Aktual.az Publika.az-a istinadən  dillər haqqında maraqlı faktları təqdim edir:
 
Dünyada təxminən 7000 dil var. Bunlardan təxminən 2200-ü Asiya qitəsindədir. 7000 dilin 2400-ü unudulma riski ilə qarşı-qarşıyadır.
 
UNESCO-ya görə Rusiyada 15 dil yox olub. 
 
Dünya əhalisinin 12.44 faizi ana dili olaraq çin dilindən istifadə edir. Çin əlifbasında 50.000 işarə var, bir qəzeti oxumaq üçün isə 2.000 işarə bilmək kifayətdir.
 
Dillərin 96 faizi dünya əhalisinin yalnız 4 faizi tərəfindən istifadə olunur. İnsanların 1/4-i hissəsi danışıq səviyyəsindən asılı olmasına baxmayaraq ingilis dilində fikrini ifadə edə bilir.
 
Lüksemburqdakı təhsil sisteminin yarısı dillər üzərində qurulub. Təhsilin 50% -i ingilis, alman və ya fransız dilində həyata keçirilir.
 
Fransızca danışan insanların “o” hərfini tələffüz etməsinin 13 fərqli üsulu var.
 
231 dil tamamilə unikal bir quruluşa sahibdir.
 
14 gündən bir hansısa dil məhv olmaq təhlükəsi ilə üzləşir.
 
“Üzüklərin hakimi” filimində 12 xəyali dildən istifadə edilib.
 
ABŞ-ın rəsmi dili yoxdur. Amma parlament və rəsmi yazışmalarda ingilis dilindən istifadə olunur, bu ölkədə ikinci ən çox danışılan dil isə ispan dilidir.
 
“İncil” 2454 dilə tərcümə olunub.
 
Vatikanda rəsmi dil "ölü" sayılan latın dilidir.
Xəbər 3369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR