Fernando Alonso Bakıda keçiriləcək Avropa Qran-Prisinin səfiri olub.
Aktual.az Report-a istinadən bildirir ki, bu barədə Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib.
O, daha geniş açıqlamanın yaxın saatlarda veriləcəyini deyib. N.Arpadarai F.Alonsonun Avropa Qran-Prisində dördüncü səfir olacağını əlavə edib.
34 yaşlı ispaniyalı pilot iki dəfə dünya çempionluğunu yaşayıb.
Qeyd edək ki, digər səfirlər Rəhim Əliyev, Gülhüseyn Abdullayev və Tünzalə Ağayevadır.