Futbol üzrə 2018-ci il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi Rusiyanın paytaxtı Moskvadakı Kreml Qurultaylar Sarayında keçiriləcək.
Bu barədə Baş nazir Dmitri Medvedevin keçirdiyi iclasda Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib.
O, püşkatma mərasiminin bu il dekabrın 1-də baş tutacağını deyib: "FİFA-ya püşkatmanın Kremldə keçirilməsini təklif etdik. Bütün bunlar FİFA-nı qane edir. İndi isə püşkatma mərasiminə hazırlaşırıq".
Qeyd edək ki, DÇ-2018 Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Hazırda çempionatın ayrı-ayrı qitələr üzrə seçmə mərhələsi keçirilir. Avropa zonasında seçmə mərhələdə C qrupunda yer alan Azərbaycan millisi 4 oyundan sonra 7 xalla 3-cü pillədə qərarlaşıb. (report)
Aktual.az
Xəbər 727 dəfə oxunub.