Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
APA-nın məlumatına görə, altıncı yarış günündə qadın güləşində 62 və 68, sərbəst güləşdə isə 57 və 65 kq-da mübarizəyə start verilib. Təəssüf ki, hər dörd çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçiləri məğlubiyyətə üzülüblər.
Milli üzvlərindən İrina Netreba ilk görüşdə Yuvette Zie (Burkino Faso) ilə üz-üzə gəlib və 6:4 hesabı ilə qələbə qazanıb. 1/8 final almaniyalı Anna Şelli sınağa çəkən idmançı 2:5 hesabı ilə uduzub.
Mahir Əmiraslanov təsnifat mərhələsində çətinliklə də olsa, qırğızıstanlı Ulukbek Joldoşbekova qalib gəlib – 5:4. Onun rusiyalı dünya çempionu Zaur Uquyevlə görüş dramatik keçib. Həmyerlimiz hesabda 3:0 öndə olsa da, üstünlüyü əldən verərək 3:4 hesabı ilə uduzub.
Hacı Əliyev startda 2 il əvvəl dünya çempionatının finalında məğlub etdiyi Hacımurad Rəşidovla qarşılaşıb. Görüşün sonları qalmaqallı keçib və hakimlər rəqibi qalib elan ediblər – 4:2.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub. Komandamızın heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən isə Mariya Stadnik (50 kq) mundialda həm finala yüksəlib, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Bu gün Elis Manolova (65 kq) isə bürünc medal üçün bolqarıstanlı Yuliana Yaneva ilə güləşəcək.
Xəbər 352 dəfə oxunub.