Dünya çempionatı: Azərbaycan şahmatçısı qalib oldu (VİDEO)

Dünya çempionatı: Azərbaycan şahmatçısı qalib oldu (VİDEO)

İtaliyanın Sardiniya adasının paytaxtı Kalyaridə reytinqi 2300-ə qədər olan həvəskar şahmatçılar arasında Dünya çempionatı keçirilib.
 
Aktual.az xəbər verir ki, 56 ölkədən olan 245 şahmatçı üç qrupda (reytinqi 1700-ə qədər, 2000-ə qədər, 2300-ə qədər olanlar) mübarizə aparıb.
 
Azərbaycan şahmatçısı, 1987-ci il təvəllüdlü Kənan Hacıyev də Dünya çempionatında iştirak edib. İsveçrə sistemi üzrə keçirilən və reytinqi 2000-nə qədər olanların turnirdə yarışan Kənan uğurlu nəticə gösərib. Reytinqi 1959 olan həmyerlimiz yarışa 10-cu sıradan başlayıb və bütün rəqiblərinə qalib gəlməklə 9 xal toplayıb. O, şahmatda çox nadir hallarda rast gəlinən 100 faizlik nəticə göstərib. 
 
Turnirin əsasnaməsinə görə ilk iki kateqoriyada qalib gələn şahmatçılara FİDE utsası titulu verilir. Bundan əlavə şahmatçımıza 500 avro mükafat, kubok və qızıl medal verilib. Mükafatlandırma mərasimində Azərbaycan himni səsləndirilib.
 

Aktual.az
Xəbər 813 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR