Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişdi — FOTO

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişdi   — FOTO

Dünya Bankının Azərbaycan üzrə yeni ölkə meneceri müəyyənləşib. 

Aktual.az  Report-a istinadən xəbər verir ki, yeni menecer indiyə qədər Bankın Avropa və Mərkəzi Asiya üzrə proqram meneceri olmuş Navid Həsən Naqvi (Naveed Hassan Naqvi) təyin edilib.

Yeni ölkə meneceri Dünya Bankında fəaliyyətinə 2004-cü ildə iqtisadi təhsil üzrə məsul vəzifəyə təyin edilməklə başlayıb. Bundan öncə isə o, Pakistan hökumətində bir sıra vəzifələrdə çalışıb.

N.H.Naqvi “Durham” və “Hull” universitetlərini bitirib. 

Qeyd edək ki, Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenkonun səlahiyyət müddəti bu ilin iyununda başa çatıb. O, hazırda karyerasını Liberiyada (Qərbi Afrika) davam etdirir.

Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR