Dünya Bankından Azərbaycanın maliyyə sektoruna dəstəklə bağlı AÇIQLAMA

Dünya Bankından Azərbaycanın maliyyə sektoruna dəstəklə bağlı AÇIQLAMA

İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanın maliyyə sektorunun modernləşdirilməsi üzrə II layihənin reallaşdırılmasına texniki yardım çərçivəsində 3 milyon dollar ayıracaq.

Aktual.az  xəbər verir ki, bu barədə Trend Dünya Bankına istinatən məlumat verir.

Qeyd olunur ki, müvafiq sazişin imzalanmasından sonra SECO 2,2 milyon dollar təqdim edəcək, 2018-ci il npyabrın 30-na 400 min və 2019-cu il noyabrın 30-na daha bir 400 min dollar ayıracaq.

Bu vəsaitlərin 2021-ci il avqustun sonunadək mənimsəniləcəyi gözlənilir.

Texniki yardım 5 istiqaməti əhatə edir: maliyyə bazarlarına nəzarət, bankların likvidasiyası, sığorta əmanətləri sistemi, istehlakların hüquqlarının müdafiəsi və problemli kreditlər.
 
Aktual.az 
Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR