Dünya Bankı ilə kredit sazişi imzalandı - 140 milyon həcmində

Dünya Bankı ilə kredit sazişi imzalandı   - 140 milyon həcmində

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə Dünya Bankı arasında "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi ilə bağlı görüş keçirilib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən  verilən məlumata görə, görüşdə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko, Nazirlər Kabinetinin nümayəndələri, həmçinin Cəmiyyətin və bankın məsul şəxsləri iştirak ediblər.

Kredit sazişi ilə bağlı keşirilən görüşdə son illər Azərbaycanda prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verilib. Yenilənən yol infrastrukturunda Dünya Bankının rolundan bəhs edilib.

Daha sonra kredit sazişinin imzalanma mərasimi keçiriılib. Sazışi “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko imzalayıblar. 

"Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində 140.0 mln. ABŞ dolları həcmində kredit vəsaitin ayrılması nəzərdə tutulub. Kredit sazişində Azərbaycan hökumətinin payı 43,5 mln. ABŞ dollarıdır.

Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR