Dünya Bankı Ermənistana kredit ayırdı – 50 milyon

Dünya Bankı Ermənistana kredit ayırdı   – 50 milyon
  • DÜNYA

Dünya Bankının direktorlar şurası Ermənistana maliyyə yardımı proqramı çərçivəsində 50 milyon dollar məbləğində kredit ayıracaq.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, vəsait vergi-büdcə, sosial və təbiəti mühafizə sahələrinin sabitliyinin və rəqabət qabiliyyətinin yaxşılaşdırılması üzrə əhatəli islahatlara yönəldiləcək.

“Bu, inkişaf siyasətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 4 proqramdan üçüncüsüdür. Kreditin ayrılmasında məqsəd ölkənin inkişafında başlıca strateji amil olan iş yerlərinin yaradılması üçün Ermənistan hökumətinə yardım etməkdir”, –deyə press-relizdə bildirilir.

Qeyd edək ki, kredit üzən faiz dərəcəsi ilə 25 il müddətinə verilir. Bu müddətin 14,5 ili güzəşt dövrü sayılır.

Xatırladaq ki, Dünya Bankı Ermənistanda inkişaf siyasətinin maliyyələşdirilməsi proqramı çərçivəsində 2013-cü ildə 72 milyon dollar, 2014-cü ilin sonunda 75 milyon dollar həcmində kredit ayırıb.

Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR