Dünənki zəlzələdə heç bir binada çatlar yaranmayıb

Dünənki zəlzələdə heç bir binada çatlar yaranmayıb

Dünən Balakəndə baş verən zəlzələ nəticəsində heç bir binada ciddi fəsadlar və yeni çatlar yaranmayıb.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu Balakən rayon icra başçısının birinci müavini, Balakən rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayev bildirib: "İctimai, kommunal yaşayış binalarında heç bir problem yoxdur. Balakəndə zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən bina yoxdur. Sadəcə, əvvəlki zəlzələlərdən zərər çəkən 50 fərdi evdə yaşayan ailələrin köçürülməsi və onlar üçün yeni binaların tikilməsi nəzərdə tutulur. Yəqin ki, yaxın vaxtlarda bu tikinti işlərinə başlanılacaq".

Qeyd edək ki, ötən gecə saat 01:29-da Zaqataladan 19 km şimal-qərbdə, Balakən rayonu ərazisində, 3 km dərinlikdə 4,1 maqnituda gücündə zəlzələ qeydə alınıb.

Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR