"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat


"Bütün iş adamlarına müraciət etmək istəyirəm. Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir. Biz bundan istifadə etməliyik".

Aktual.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.

Deputat bildirib ki, dünən bütün Azərbaycan bu sevinclə yaşayırdı. O, futbola sponsorluq edən iş adamlarının vergi məsələlərinə diqqət edilməsini təklif edib.

Qeyd edək ki, "Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib. ("Unikal")

Xəbər 934 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR