Bakıda aprelin 25-i səhər saatlarında müşahidə olunan dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.
Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə hava limanından bildiriblər. Məlumata əsasən, duman hava limanının işinə təsir etməyib.
"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə hava limanında bildiriblər.