Şirkət öz maddi-hüquqi tələblərindən imtina edəcəyini vəd edib.
Nijeqorodsk vilayətinin arbitraj məhkəməsi proseslərin birində bağlanmış sazişə görə, cavabdeh şəxsin mübahisə obyekti olan pulun yarsının bağışlanacağına minnətdarlıq olaraq iddiaçını sağlığı üçün dua edəcəyi şərtini təsdiqləyib.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, “Peterburqski pravovoy portal”da verilən məlumatda deyilir ki, bu yeni Rusiya ədliyyə tarixində bu qəbildən olan ilk qərardır.
Razılaşma kommersiya təşkilatı və Rusiya Pravoslav kilsəsinin Nijeqorodski Yeparxiyası arasında bağlanıb.
İşin materiallarına görə, yeparxiya şirkətə öz binalarından birində blok-modul qazanxanasının quraşdırılması üçün layihə sənədlərinin hazırlanmasını sifariş edib.
Şirkət öz müqavilə öhdəliklərini yerinə yetirirdi, amma Rusiya pravoslav kilsəsi işin yalnız yarı qiymətini ödəyib.
Təşkilat pulun qalan hissəsini almaq üçün arbitraj məhkəməsinə müraciət edib, sonradan tərəflər razılığa gəlib.
Razılaşmaya görə, Nijeqorodski yeparxiyası iddiaçıya 200 000 rublu (2520 dollar) ödəməli və Allah qulu Arsenyev İvan Mixayloviç və Allah qulu Lepustin Sergey Aleksandroviç, onların ailələri və işlərinin xeyirli olması üçün dua etməlidirlər.
Şirkət öz növbəsində maddi-hüquqi tələblərindən imtina etməyi vəd edib.